I Liqada mübarizə aparan “Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Yevlax təmsilçisi Armando Melo Dos Santos Brenneri transfer edib.
Braziliyalı müdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Maltanın “Xevkija Tayqers" kollektivi olub.
