“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Prosport.Az xəbər verir ki, Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Ağdam təmsilçisinə keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edən hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Afrikalı futbolçu “Lex”də də forma geyinib.
21:46
Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Prosport.Az xəbər verir ki, almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, 10 nömrəli formanı geyinəcək.
25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birmingem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, o, yay transfer pəncərəsində "Qarabağ"ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.
