"Sabah”ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynamağı ilə gündəmə gəlib.
Prosport.Az xəbər verir ki, Azərbaycanın gənc qrossmeysteri Aydın Süleymanlı litvalı mütəxəssisin şahmat platformasındakı nəticəsini sosial şəbəkə hesabında paylaşaraq onunla bağlı maraqlı fikrini bölüşüb.
“İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır”, - deyə Süleymanlı yazıb.
Dambrauskasın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında 1833 reytinq xalı var. Bu göstərici ən yaxşı həvəskar səviyyə hesab olunur.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” İsrailin “Hapoel” klubunu məğlub edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
