"Qarabağ" heyətinə 2 yeni oyuncu cəlb edir.
Prosport.Az qol.az-a istinadən xəbər verir ki, həmin futbolçulardan biri Taofik İsmaildir.
Nigeriyalı sol cinah vingeridir. Müqavilə ilə Polşanın "Qurnik" klubuna məxsus olan 26 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında "Lex" komandasında keçirib. O, ötən mövsüm Polşa Ekstraklasası, UEFA Konfrans Liqası və Polşa kuboku da daxil olmaqla 41 oyunda meydana çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini edib.
Transfer edilən digər futbolçu isə Reda Xadradır. Hücumameyllli orta xətt oyunçusudur. Bundan başqa, sağ və sol vinger kimi də oynaya bilir. Xadra Almaniyanın U-19 və U-21 millilərində də çıxış edib. Müqavilə ilə Fransanın "Reyms" klubuna məxsus olan futbolçu son mövsümü icarə qaydasında Liqa-1-in digər təmsilçisi "Havr"da keçirib (8 oyun).
Hər iki futbolçunun artıq Bakıda olduğu və onlarla müqavilə imzalanacağı gözlənilir.
