AFFA iki məşqçini futboldan uşaqlaşdırıb.
Prosport.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar qəbul edib.
“Binə”nin məşqçisi Məmmədəli Ağatalıbov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 3 il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.
“Binə”nin U-15 komandasının baş məşqçisi Samir Abdullayevə futbolla bağlı sənədlərə lazımi nəzarət etməməsinə görə xəbərdarlıq edilib.
Eyni zamanda, “Viləş”in prezidenti Mirələm Həşimov isə futbolla bağlı sənədləri təhrif etdiyinə görə 1 il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.
