Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” klubunu UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Prosport.Az xəbər verir ki, bu barədə liqanın sosial şəbəkə hesablarında paylaşım edilib.
“Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq! Uğurlar, “Sabah” – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Sheva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.
