Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi bəlli olub.
Prosport.Az xəbər verir ki, yığma A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək.
Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayna ilə qarşılaşacaq.
Xatırladaq ki, turnir sentyabrın 11-13-də baş tutacaq. Azərbaycan millisi ötən il FIBA Avropa Kubokunda gümüş medal qazanıb.
