Futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda "Tvente" komandasını ziyarət edib.
Prosport.Az xəbər verir ki, 37 yaşlı mütəxəssis Ensxede komandasının "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı otelə yollanıb.
Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
