"Neftçi" futbolçusu Alessio Kurçi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
