UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Sabah” “Hapoel”i 5:2 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux mətbuat konfransında cavab qarşılaşması haqda danışıb.
"Mövcud mərhələyə qədər gəlməyiniz uğurdur. Çətin yol olsa da, kifayət qədər təcrübəli futbolçularımız var. Birlikdə daha yaxşı nəticələr göstərə bilərik. Bugünkü oyun isə asan olmadı. Hər oyunun çətinlikləri olur, bu da özünü göstərdi. Matça ciddi hazırlaşmışdıq. Bunları davam etdirmək, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq lazımdır. Futbolçularımız kifayət qədər yaxşı oyun göstərdilər".
Mütəxəssis daha yaxşı nəticələr əldə etmək üçün çalışmalı olduqlarını vurğulayıb:
"Daha yaxşı nəticələr barədə düşünməliyik ki, hər şey qaydasında olsun. Situasiyaya uyğun davranmağa çalışacağıq və bunu mütləq hesab edirik".
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
