Niderlandın "Tvente" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa itkilərlə çıxacaq.
Prosport.Az xəbər verir ki, Stav Lemkin, Sem Lammers, Kristian Hlinsson zədə səbəbindən heyətdə yer almayacaq.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
