Qırğızıstan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə əməkdaşlığa xitam verilib.
Prosport.Az xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılaşma əsasında dayandırılması barədə qərar qəbul ediblər.
Yeni baş məşqçi isə yerli mütəxəssis Urmat Abdukaimov təyin olunub.
Xorvatiyalı mütəxəssis 2025-ci il dekabrın 10-da Qırğızıstan millisinin baş məşqçisi təyin olunmuşdu.
Prosineçkinin rəhbərliyi altında Qırğızıstan yığması 4 oyun keçirib. Martda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Madaqaskara 2:5, Ekvatorial Qvineyaya isə 0:1 hesabı ilə məğlub olan komanda yayda Bişkekdə Fələstinlə iki dəfə qarşılaşıb və hər iki görüşdə 0:0 hesablı heç-heçə edib.
O, daha əvvəl Azərbaycan, Bosniya və Herseqovina və Monteneqro milli komandalarına da rəhbərlik edib. Futbolçu kimi isə İspaniyanın “Real Madrid” və “Barselona” kimi məşhur klublarında çıxış edib.
