“Bursaspor”da çıxış edən Toral Bayramov klubu tərk edə bilər.
Prosport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi Superliqa təmsilçisi “Eyüpspor”a təklif olunub.
Bayramov bu yay “Qarabağ”dan “Bursaspor”a keçib. O, “timsahlar”la I Liqada 2 oyuna çıxıb.
“Eyüpspor” Superliqada mübarizə aparır. Komanda iki turdan sonra xalsızdır.
