UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Tvente" futbolçusu Sondre Eryaseterin müqaviləsini yeniləyib.
Prosport.Az xəbər verir ki, Niderland klubu 22 yaşlı norveçli hücumçunun müqaviləsinin müddətini daha bir 1 artırıb. Yeni sözləşməyə əsasən, futbolçu 2030-cu ilin yayına qədər “Tvente”də çıxış edəcək.
Qeyd edək ki, 2025-ci ilin yayında “Tvente”yə keçən norveçli futbolçu indiyədək klubun heyətində 40 rəsmi matça çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
