AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının II turunda keçirilmiş "Turan Tovuz" - "Şamaxı" oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Prosport.Az xəbər verir ki, o, meydan sahiblərinin cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini təsdiqləyən aydın görüntü olmadığını deyib:
"Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır".
Xatırladaq ki, qarşılaşma qolsuz başa çatıb.
