Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux
    24.08.2026 19:12:17

    "Düşünürəm ki, ilk görüşdə böyük imkanlarımız və yaxşı epizodlarımız oldu. Buna baxmayaraq, “Sabah”ın xüsusilə təhlükəli olduğu anları və güclü tərəflərini də nəzərə alırıq. Biz buna qarşı hazırlaşmışıq və öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, “Sabah"ın heyətində əla futbolçular var: “Onlar həm texniki, həm də sürət baxımından keyfiyyətli oyun nümayiş etdirirlər. Bütün bunları nəzərə alaraq, meydanda kifayət qədər diqqətli və ağıllı oynamalıyıq”.

    İsrailli mütəxəssis komandasının cavab oyununa ciddi hazırlaşdığını söyləyib: “Kimdən soruşsanız, cavab oyununa hesabda üstünlüklə çıxmağı seçər. Əlbəttə, həmişə müəyyən narahatlıq olur, amma mən oyuna öndə başlamağı üstün tuturam. Rəqibin azarkeşlərin yaradacağı atmosfer və ev sahibi olmaq amili “Sabah” üçün böyük üstünlükdür. Bu, bizim öhdəsindən gəlməli olduğumuz əsas faktorlardan biridir. Stadionun demək olar ki, tam dolacağı gözlənilir. Atmosfer barədə düşünmüşük və meydanda buna uyğunlaşmalıyıq”.

    Ran Kojux növbəti həftələrdə heyəti yeni oyunçularla daha da gücləndirməyə çalışacaqlarını vurğulayıb: “Aydındır ki, komanda avrokuboklarda nə qədər irəli gedərsə, transfer etmək istədiyimiz futbolçular üçün bir o qədər yaxşı olar. Biz artıq bəzi oyunçularla danışıqlar aparırıq və Avropada oynamaq amili bizə kömək edə bilər”.

    Baş məşqçi ailəsinin oyunu tribunadan izləyəcəyini və bunun onda xüsusi motivasiya yaradacağını bildirib: “Ailəmin burada olmasına çox şadam, onların dəstəyi mənim üçün vacibdir. Ümid edirəm ki, oyundan sonra qələbə sevincimizi birlikdə bölüşəcəyik”.

    Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

    Akademiya

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52
    Futbol

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26
    Futbol

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31
    Futbol

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17
    Futbol

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31
    Futbol

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved