"Qarabağ"ın sabiq futbolçusu Kevin Medina və Azərbaycan millisinin keçmiş üzvü Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" klubu Malayziya Superkubokuna sahib çıxıb.
Prosport.Az xəbər verir ki, "Sultan İbrahim" stadionunda oynanılan matçda rəqib "Kuçinq Siti" olub. Görüş "Cohor Darul Tazim"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Medina sona qədər oynayıb. İsrafilov isə ehtiyatda qalıb.
Qeyd edək ki, Kevin Medina "Cohor Darul Tazim"a bu yay "Qarabağ"dan keçib.
