Macarıstan çempionatında 5-ci turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” doğma meydanda “Debretsen”lə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Anatoli Nuriyev qarşılaşmaya sonradan qoşulub. O, 72-ci dəqiqədə meydana daxil olub, 77-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Kişvarda” 5 turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
