Elliot Anderson İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində keçirdiyi ilk oyunda zədələnib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib və əvəzlənib.
Anderson “Mançester Siti”yə 135 milyon funt-sterlinq qarşılığında transfer olunub və klubun bu yay əsas transferlərindən biri hesab edilir. Buna görə də futbolçunun debüt görüşündə zədələnməsi komanda üçün xoşagəlməz hal olub.
Hazırda 23 yaşlı oyunçunun zədəsinin xarakteri və bərpa müddəti məlum deyil. Andersonun yaxın günlərdə əlavə tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, futbolçu ötən mövsüm 50 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. “Mançester Siti” isə “Bornmut”u 2:1 hesabı ilə məğlub edib.
