Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub
    23.08.2026 23:28:23

    "Neftçi" Azərbaycan Premyer Liqasının II turunda "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə darmadağın edib.

     

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bölüşüb.

     - "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olarmı?

    - Mənə bu suala cavab vermək çətindir. Bəli, təlim-məşq toplanışına daha tez başlamışdıq. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik. 

    - 2-ci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?

    - 1-ci hissədə 4:0-dan sonra 2-ci yarıda bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Emil Balayev bizi 3 real qoldan xilas etdi. Onu da təbrik etmək istəyirəm. 

    - Son illərə baxsaq, "Neftçi"nin mövsümə belə uğurlu start verdiyini görməmişdik...

    - Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdi ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabərsəviyyəli komandalardan təşkil olunan çempionatdır.

    - Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışının sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?

    - Bəli, onlara dəstək olacağam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur. 

    - Son 2 oyunda künc zərbəsindən sonra qol vurdunuz...

    - Önəmlsi də odur ki, çemoionata baxsaq, çox qol standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq. 

    - "Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladınız...

    - Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim. 

    Müsahibə

    “Mənim arzum artıq gerçəkləşib” – Stas Pokatilov

    26.08.2026 03:39:48
    Futbol

    "Sabah"la oyun asan olmadı" - Ran Kojux

    26.08.2026 01:26:58
    Futbol

    AFFA prezidenti "Sabah"ı təbrik etdi

    26.08.2026 01:05:56
    Futbol

    "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır" – Valdas Dambrauskas

    26.08.2026 00:29:59
    Futbol

    "Sabah" ÇL-nin əsas mərhələsinə vəsiqə qazandı

    25.08.2026 23:21:05
    Futbol

    UEFA və FIFA arasında gərginlik davam edir

    25.08.2026 22:03:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Tahir Gözel də “Sabah”ı təbrik etdi

    26.08.2026 04:06:56

    “Mənim arzum artıq gerçəkləşib” – Stas Pokatilov

    26.08.2026 03:39:48

    "Sabah"la oyun asan olmadı" - Ran Kojux

    26.08.2026 01:26:58

    AFFA prezidenti "Sabah"ı təbrik etdi

    26.08.2026 01:05:56

    "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır" – Valdas Dambrauskas

    26.08.2026 00:29:59

    "Sabah" ÇL-nin əsas mərhələsinə vəsiqə qazandı

    25.08.2026 23:21:05

    UEFA və FIFA arasında gərginlik davam edir

    25.08.2026 22:03:53

    Ağır zədə aldı, 28 yaşında karyerasını bitirdi

    25.08.2026 21:31:12

    Niderland millisi Bakıda üçüncü qələbəsini qazandı

    25.08.2026 20:38:16

    "Sabah" – "Hapoel": HEYƏTLƏR

    25.08.2026 19:43:55

    Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu həbs olundu

    25.08.2026 18:46:09

    Millimiz Avropa birinciliyini 15 medalla tamamladı

    25.08.2026 18:14:55

    "Tvente" Bakıya 3 itki ilə gəlir

    25.08.2026 17:53:23

    Avropa çempionatı: Belçika Rumıniyanı məğlub edib, liderliyə yüksəldi

    25.08.2026 17:34:39

    Güləş yığmalarımızın Bakıdakı yarışlar üçün heyəti bilindi - ADLAR

    25.08.2026 17:10:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved