Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Şamaxı” oyunundan (0:0) sonra ev sahiblərinin baş məşqçisi Qurban Berdiyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma barədə təəssüratlarını bölüşüb.
– İlk hissəni çox pis oynadıq. 2-ci yarının da tam yaxşı alındığını deməzdim, lakin fasilədən əvvəlki çıxışımızla müqayisədə bir qədər yaxşı idi.
– Oyunda yaranan qol epizodu haqqında nə deyə bilərsiniz?
– Hər kəsin gördüyü təmiz qolu təkcə hakim görmədi.
