“Fənərbağça” Türkiyə Superliqasının II turunda “Konyaspor”la keçirilən oyunda xəsarət alan futbolçusu Kərəm Aktürkoğlunun səhhəti ilə bağlı açıqlama yayıb.
Prosport.Az xəbər verir ki, başından xəsarət alan vinger xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib.
27 yaşlı futbolçunun durumunda ciddi problem aşkarlanmayıb. O, bu gün də həkim nəzarətində qalacaq və sabah evə buraxılacaq.
Qeyd edək ki, Kerem Aktürkoğlu “Konyaspor”la oyunun 54-cü dəqiqəsində top uğrunda mübarizə zamanı başından xəsarət alıb və meydanı xərəkdə tərk edib.
