Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gündəmdə 4–5 transfer var" – Rəşad Sadıqov
    22.08.2026 23:42:03

    Azərbaycan Premyer Liqasının II turunda öz meydanında “İmişli”yə 3:1 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə qələbəni şərh edib.

    – Gərgin və maraqlı qarşılaşma izlədik. Xüsusilə ikinci hissədə çox sürətli futbol oynanıldı. Bizim üçün vacib 3 xal idi. Oyunun ssenarisi “Payde” ilə matçı xatırladırdı. Hesabda öndə olduğumuz halda real imkanları boşa verdik. Futbolçularımın göstərdiyi reaksiya məni çox razı saldı. Sona qədər inandılar, soyuqqanlılığı qoruyub əzmkar mübarizə apardılar. Hücuma çıxmağa davam etdilər və yekunda vurduğumuz qol məsələyə nöqtə qoydu. Söhbət hesabın 2:1 və ya 3:1 olmasından getmir. Hətta 2:1 ikən komandanın arxaya çəkiləcəyini düşündüm, lakin yetirmələrim müdafiəyə qapanmadı, irəli atılaraq rəqibi səhv etməyə məcbur qoydu. Sonda bizim üçün çox önəmli qələbəni təmin etdik.

    – Qismət Alıyevın artıq iki oyundur ki, ehtiyatda qalmasına səbəb nədir?

    — Bu, mövsümün əvvəlində planlaşdırdığımız seleksiya strategiyasının tərkib hissəsidir. Uzun illər sağ cinahda yalnız Qismət oynayırdı və zədələr zamanı əziyyət çəkirdik. Eyni vəziyyət İsa Cibrillaya da aid idi. Hazırda isə əlimizdə 3 cinah müdafiəçisi var və mövsüm ərzində rotasiyalardan istifadə edəcəyik. Qismət avrokuboklarda 4 əla oyun keçirdi, onun ehtiyatda qalması kiminsə ondan üstün olması demək deyil. Keçirilən matçlar üçün planımız belə idi. Növbəti rəqibləri təhlil edib ona uyğun qərar verəcəyik. Qismət sonradan daxil olduğu hər iki oyunda əzmkarlıq nümayiş etdirdi və komanda üçün nə dərəcədə vacib fiqur olduğunu göstərdi. Ümumiyyətlə, sezon uzundur. Keçən mövsüm bəzi mövqelərdə məcburiyyətdən orada çıxış etməyən futbolçuları oynadırdıq. İndi də heyətimiz kasaddır, yeni transferlər üzərində işləyirik.

    – Yaxın günlərdə heyətə qatılması gözlənilən oyunçu var?

    – Bəli, hətta şifahi razılıq əldə etdiyimiz futbolçu da var. İndi 5–6 namizədlə danışıqlar aparırıq. Gündəmdə 4–5 transfer var, amma prosesin necə yekunlaşacağını zaman göstərəcək.

    — Transfer gündəmində Premyer Liqadan olan futbolçular var?

    — Xeyr, danışıq apardığımız oyunçuların hamısı xarici çempionatların təmsilçiləridir.

    Futbol

    “Azərbaycan mənim üçün Türkiyə kimidir” – Eren Aydın

    23.08.2026 01:40:53
    Futbol

    "Gündəmdə 4–5 transfer var" – Rəşad Sadıqov

    22.08.2026 23:42:03
    Futbol

    "Gənc oyunçulara da şans vermək risklidir" - Fərid Namazov

    22.08.2026 23:13:30
    Futbol

    Premyer Liqa: "Zirə" "İmişli"ni məğlub etdi

    22.08.2026 22:40:28
    Futbol

    Avropa çempionatı: İspaniya uduzdu, Niderlanddan qələbə

    22.08.2026 22:17:31
    Futbol

    "Belə məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqları var" - Kaxaber Sxadadze

    22.08.2026 21:37:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Azərbaycan mənim üçün Türkiyə kimidir” – Eren Aydın

    23.08.2026 01:40:53

    "Gündəmdə 4–5 transfer var" – Rəşad Sadıqov

    22.08.2026 23:42:03

    "Gənc oyunçulara da şans vermək risklidir" - Fərid Namazov

    22.08.2026 23:13:30

    Premyer Liqa: "Zirə" "İmişli"ni məğlub etdi

    22.08.2026 22:40:28

    Avropa çempionatı: İspaniya uduzdu, Niderlanddan qələbə

    22.08.2026 22:17:31

    "Belə məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqları var" - Kaxaber Sxadadze

    22.08.2026 21:37:25

    "Nəticədən razı olmaya bilmərəm" - Zaur Həşimov

    22.08.2026 21:05:04

    Dünya çempionatı: Güləşçimiz ermənini xalçaya çıxmağına peşman etdi

    22.08.2026 20:39:07

    "Şəfa" ilk qələbəsini Qəbələdə qazandı - VİDEO

    22.08.2026 20:27:55

    "Zirə" - "İmişli": HEYƏTLƏR

    22.08.2026 19:45:26

    Qurban Qurbanov dünyada bu göstərici üzrə cəmi 3 məşqçidən geri qalır

    22.08.2026 19:17:40

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23

    Azərbaycanı dünya çempionatında Avropa mükafatçısı təmsil edəcək

    22.08.2026 18:07:15

    Gəncə klubu legioner transferini açıqladı

    22.08.2026 17:48:47

    "Qəbələ" - "Şəfa": HEYƏTLƏR

    22.08.2026 17:20:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved