Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqları var" - Kaxaber Sxadadze
    22.08.2026 21:37:25

    Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda “Şəfa”ya 0:1 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, gürcü mütəxəssis ilk olaraq məğlubiyyət barədə fikirlərini bölüşüb.

    – Çox pis nəticədir. Tərəfdarlarımız qarşısında belə məğlubiyyətə görə hər birimiz günahkarıq. Rəqib yarandığı yarım epizodluq imkandan istifadə edib qol vurdu, biz isə ələ düşən şansları dəyərləndirə bilmədik. Bəzi hallarda keyfiyyət baxımından geri qaldıq. Mərkəzdə tez-tez top itirir, hücuma çıxarkən ləng qərarlar verirdik. İlk 15–20 dəqiqədə bu aydın göründü və qapımızda çoxlu əks-hücumlar gördük. Futbolçular onlardan nə tələb olunduğunu və Azərbaycan çempionatının səviyyəsini hələ dərk etməyib. Qələbə qazanmağa bəs edəcək qədər vəziyyətlər yaratsaq da, qol buraxdıq. Keyfiyyəti artırmaq üçün çox çalışmalıyıq. Ötən mövsümki kombinasiyalı oyunumuz hələ ki yoxdur, yalnız cinah ötürmələrinə bel bağlayırıq.

    Sxadadze daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – 2 hücumçu ilə oynayırsınız, amma bunun effektivliyi görünmür. Bu sistem özünü doğruldacaq?

    – Onların faydalı olacağına ümid edirdik. Rəqib müdafiəsində müəyyən gərginlik yaratsalar da, ələ düşən 4 imkandan yararlana bilmədilər. Taktika 2 hücumçuya cinahlardan ötürmələrin verilməsi üzərində qurulmuşdu, amma sonluq zəif oldu.

    – Ötən konfransda komandanın böyük potensialı olduğunu demişdiniz. Bu fikirdə qalırsınız?

    – Məşqlərdə göstərdikləri performans baxımından deyə bilərəm ki, heyətdə potensial var. Bu heyətlə ilk dəfə Tovuzda oynamışdıq, zamana və analizlərə ehtiyac var. 2 hücumçu ilə cərimə meydançasında təzyiq yaradırıq, lakin kombinasiyalı futbolumuz itib. Onların daha yaxşı oynayacağına şübhəm yoxdur. Rəqib ilk fürsətdəcə fərqləndi, biz isə çərçivəyə dəyən topları qola çevirə bilmədik.

    ​– Keçən il komandanın seleksiyasından razı qalmışdınız. İndi vəziyyət necədir?

    ​– Ötən illə müqayisəyə ehtiyac yoxdur, artıq yeni mövsümdəyik. Sadəcə, heyətdəki bəzi oyunçuların tam uyğunlaşması üçün biraz vaxta ehtiyacımız var.

    – II turda azarkeşlər “istefa” qışqırırlar…

    – Belə məğlubiyyətdən sonra azarkeşlərin istefa tələb etməyə tam haqları var.

    Müsahibə

    “Azərbaycan mənim üçün Türkiyə kimidir” – Eren Aydın

    23.08.2026 01:40:53
    Futbol

    "Gündəmdə 4–5 transfer var" – Rəşad Sadıqov

    22.08.2026 23:42:03
    Futbol

    "Gənc oyunçulara da şans vermək risklidir" - Fərid Namazov

    22.08.2026 23:13:30
    Futbol

    Premyer Liqa: "Zirə" "İmişli"ni məğlub etdi

    22.08.2026 22:40:28
    Futbol

    Avropa çempionatı: İspaniya uduzdu, Niderlanddan qələbə

    22.08.2026 22:17:31
    Futbol

    "Belə məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqları var" - Kaxaber Sxadadze

    22.08.2026 21:37:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Azərbaycan mənim üçün Türkiyə kimidir” – Eren Aydın

    23.08.2026 01:40:53

    "Gündəmdə 4–5 transfer var" – Rəşad Sadıqov

    22.08.2026 23:42:03

    "Gənc oyunçulara da şans vermək risklidir" - Fərid Namazov

    22.08.2026 23:13:30

    Premyer Liqa: "Zirə" "İmişli"ni məğlub etdi

    22.08.2026 22:40:28

    Avropa çempionatı: İspaniya uduzdu, Niderlanddan qələbə

    22.08.2026 22:17:31

    "Belə məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqları var" - Kaxaber Sxadadze

    22.08.2026 21:37:25

    "Nəticədən razı olmaya bilmərəm" - Zaur Həşimov

    22.08.2026 21:05:04

    Dünya çempionatı: Güləşçimiz ermənini xalçaya çıxmağına peşman etdi

    22.08.2026 20:39:07

    "Şəfa" ilk qələbəsini Qəbələdə qazandı - VİDEO

    22.08.2026 20:27:55

    "Zirə" - "İmişli": HEYƏTLƏR

    22.08.2026 19:45:26

    Qurban Qurbanov dünyada bu göstərici üzrə cəmi 3 məşqçidən geri qalır

    22.08.2026 19:17:40

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23

    Azərbaycanı dünya çempionatında Avropa mükafatçısı təmsil edəcək

    22.08.2026 18:07:15

    Gəncə klubu legioner transferini açıqladı

    22.08.2026 17:48:47

    "Qəbələ" - "Şəfa": HEYƏTLƏR

    22.08.2026 17:20:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved