Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nəticədən razı olmaya bilmərəm" - Zaur Həşimov
    22.08.2026 21:05:04

    "Şükürlər olsun ki, ilk 3 xalımızı qazandıq. Özü də bunu Qəbələ səfərində etdik. Hamımız bilirik ki, burada oynamaq çətindir. Rəqib də yaxşı komandadır. Buranın havası elədir ki, futbolçular bir müddət boğulurlar. Amma uşaqlar hər şeyin öhdəsindən gəldilər. Düzdür, zaman-zaman üstünlüyü rəqibə verirdik. Bu da normaldır. Bütün 90 dəqiqə üstünlük bizdə ola bilməzdi. Qol epizodlarına da girdik. Rəqibin də şansları var idi. Nəticədən razı olmaya bilmərəm. Futbolçularımın çıxışından çox razı qaldım. Qələbəni "Şəfa" rəhbərliyinə və bizim üçün Qəbələyə qədər gəlmiş azarkeşlərimizə həsr edirik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Şəfa"nın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının II turunun "Qəbələ" (0:1) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Komandanızın potensialı nəyə imkan verir?

    - Bu mövsüm qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaqdır. Komanda gəncdir. Bir neçə ildən sonra geri qayıtmışıq. Amma 26 il bundan əvvəlki "Şəfa" ilə indiki arasında hansısa müqayisə aparmaq düzgün deyil. Daha da yaxşı olmalıyıq, güclənməliyik. Bu heyətlə minimum nəticəni əldə edəcəyimizə inanıram.

    - Yeni transferlər gözlənilir?

    - Yeni transfer olmayacaq. Məsələni bağlamışıq. Güclənmək deyəndə, komandanın özünü deyirdim. Məsələn, bu gün Luiz Felipe əsas heyətdə meydana çıxmışdı. Amma cəmi 3-cü həftədir ki, bizimlədir. Elə futbolçu var ki, 2-ci oyun idi birlikdə oynayırdı. Güclənməli olduğumuzu deyəndə, həm fiziki cəhətdən, həm də futbolçuların bir-birini anlaşması baxımından deyirdim. Ancaq yeni transfer gözlənilmir.

    - "Şəfa" fiziki cəhətdən "Qəbələ"dən daha yaxşı göründü. Bu, yay təlim-məşq toplanışının nəticəsidir, yoxsa fiziki cəhətdən güclü olan futbolçuları transfer etmisiniz?

    - Çalışdıq ki, balans yaradaq. Həm hazır olan futbolçularımız var ki, 90 dəqiqə problemsiz oynaya bilər. Həm də hazırlığı yüksək səviyyədə olmayan futbolçularımız var. Sonradan etdiyimiz əvəzetməni öncədən düşünüb, balansı qorumağa çalışdıq.

    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved