“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya futbolunda bir klubda fasiləsiz çalışan ən uzunmüddətli aktiv baş məşqçilər sırasında 4-cü pillədə qərarlaşıb.
Prosport.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis Ağdam klubuna 18 il 18 gün və ya 6592 gündür rəhbərlik edir.
Qurbanovu bu göstəricidə yalnız 3 baş məşqçi qabaqlayır. Siyahıya Cənubi Afrikanın “Jomo Cosmos” komandasına rəhbərlik edən Jomo Sono başçılıq edir. O, 1994-cü ildən komandanın baş məşqçisidir.
İkinci pillədə İngiltərənin “Dorkinq Uonderers” kollektivini 1999-cu ildən idarə edən Mark Uayt, üçüncü sırada isə Almaniyanın “Haydenhaym” komandasının baş məşqçisi Frank Şmidt yer alır. Şmidt 2007-ci ildən bu klubun sükanı arxasındadır.
Dünya futbolunda bir klubda ən uzun müddət fasiləsiz çalışan aktiv baş məşqçilər:
Qurban Qurbanov 2008-ci ilin avqustun 4-dən “Qarabağ”a rəhbərlik edir.
