“Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Bəhram Köçərlini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Köçərli son olaraq “Difai”də çıxış edib.
“Zaqatala” yeni mövsümdə I Liqada mübarizə aparacaq. Turnirə sentyabrın 3-də start veriləcək.
