Rusiyanın gecə saatlarında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Odessa “Çernomorets”inin məşq bazasına ciddi ziyan dəyib.
Prosport.Az xəbər verir ki, zərbə nəticəsində azarkeşlər arasında Sovinyondakı “Çernomorets”in məşq bazası kimi tanınan “Lyustdorf” idman-sağlamlıq kompleksi hücuma məruz qalıb.
Xoşbəxtlikdən, hadisə zamanı binada olanlardan xəsarət alan olmayıb. Klubun futbolçuları, məşqçilər heyəti və əməkdaşlarının böyük hissəsinin həmin vaxt Ukrayna Kuboku oyununa qatarla səfər etməsi mümkün faciənin qarşısını alıb.
Qeyd edək ki, bu, “Çernomorets”in bazasının ilk dəfə hücuma məruz qalması deyil. Ötən ilin fevralında da bazaya zərbə endirilmişdi. Bundan başqa, yaxın vaxtlarda klubun stadionu da raket hücumuna məruz qalmışdı.
Bu həftəsonu “Lyustdorf” məşq kompleksində Ukrayna Kubokunun 1/32 final mərhələsinin 2 oyununun keçirilməsi nəzərdə tutulurdu. Lakin baş verən hadisə səbəbindən qarşıdakı günlərdə burada futbol matçlarının keçirilməyəcəyi açıqlanıb.
