İngiltərənin “Çelsi” klubu braziliyalı hücumçu Joao Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb.
Prosport.Az xəbər verir ki, 24 yaşlı futbolçu yeni uzunmüddətli müqaviləyə imza atıb.
Qeyd edək ki, Joao Pedro 2025-ci ilin iyulundan “Çelsi”nin formasını geyinir. Braziliya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 20 qola imza atıb və azarkeşlərin səsverməsinə əsasən komandada mövsümün ən yaxşı futbolçusu seçilib.
