Türkiyə Superliqasında ikinci tura start verilib.
Prosport.Az xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” öz meydanında “Qalatasaray”ı qəbul edib.
Qarşılaşma İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Nəriman Axundzadə də görüşdə iştirak edib. Milli komandamızın forvardı 55-ci dəqiqədə – hesab 0:3 olanda Surinam əsilli niderlandlı hücumçu Xirano Kerkin əvəzinə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 2 turdan sonra “Qalatasaray” 4 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Ərzurumspor” isə xalsız sonuncu – 18-ci yerdədir.
