Bu gün Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə II tura start veriləcək.
ProSport.Az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qəbələ” doğma meydanda özü kimi xalsız autsayder “Şəfa”nı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
Günün son oyununda isə “Zirə” – “İmişli” görüşü keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 20:45-də səslənəcək. Oyunun baş hakimi Əli Əliyev olacaq.
Azərbaycan Premyer Liqası
I dövrə, II tur
22 avqust
18:30 “Qəbələ” – “Şəfa”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
(Qəbələ şəhər stadionu)
20:45 “Zirə” – “İmişli”
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
(Zirə İdman Kompleksinin stadionu)
Qeyd edək ki, II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklardakı çıxışlarla əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları təxirə salınıb.
