Yeni formalaşan “Gəncəbasar” klubunun bu gün ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.
Prosport.Az xəbər verir ki, tədbirdə klubun yeni prezidenti prezidenti Həşim Mövsümzadə təqdim olunub. Ardınca o, klubun əsas məqsədlərindən söz açıb:
“Klubun gündəlik fəaliyyətinin idarə olunması üçün Namiq Qədirov peşəkar kadrları dəvət edib. Əsas məqsədimiz güclü futbol klubu yaratmaqdır. Uşaq futbolunun da inkişafına xüsusi diqqət ayrılacaq. Gəncə futbolunun tarixinə hörmətlə yanaşırıq və istəyirik ki, “Gəncəbasar” uşaq futbol akademiyasını yaradaq. İnanıram ki, bu məqsədə birlikdə çata bilərik”.
