Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bu insanların rəhbər təyin edilməsi nə dərəcədə düzgün idi?" – Millimizin üzvündən sərt fikirlər
    6.07.2026 08:07:07

    "Artıq 3 aydır ki, əməkhaqqımız ödənilmir. Federasiya idman zalının icarə haqqını ödəyə bilmədiyi üçün məşq etdiyimiz zal əlimizdən alınıb. Nəticədə təxminən 5 aydır ki, idmançılar normal məşq prosesindən kənarda qalıb".

    Bunu Prosport.Az-a həndbol millimizin oyunçusu Cavid İsmayılov bildirib.

    Həndbolçu federasiya prezidenti Saleh Məmmədovun maliyyələşdirməyi kəsməsindən sonra yaranan problemlərdən danışıb. Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı dəfələrlə Gənclər və İdman Nazirliyinə müraciət ediblər: "Yığma komandanın baş məşqçisi dəfələrlə cənab nazirin qəbulunda olub. Lakin hər dəfə problemin qısa zamanda həll olunacağı bildirilsə də, verilən vədlər bu günədək öz əksini tapmayıb. Nazirlikdə məsələ ilə məşğul olan səlahiyyətli şəxs Elnur müəllim (İdman şöbəsinin müdiri Elnur Məmmədovu nəzərdə tutur – red.) də hər müraciətimiz zamanı səbirli olmağımızı və problemin həll ediləcəyini bildirsə də, artıq 5 aydır ki, vəziyyət dəyişməyib. Təəssüf hissi ilə qeyd edirik ki, gənclər və idman naziri Fərid Qayıbov tərəfindən də problemin həlli istiqamətində konkret nəticə əldə olunmayıb".

    O, federasiyada vitse-prezident Orxan Abbasovun və baş katib Yusif Atakişiyevin təyinatlarından narazılığını dilə gətirib: "Vəzifəsini layiqincə idarə edə bilməyən insanların vaxtında həndbola rəhbər vəzifələrə təyin edilməsi nə dərəcədə düzgün qərar idi? Bu gün yaşanan problemlər göstərir ki, məsuliyyət daşıyan şəxslər bunun cavabını verməlidir. Nazirlikdən bir nümayəndə çıxış edərək oyunçuları və məşqçiləri konfrans zalına toplamalı, baş verən hadisələrlə bağlı ictimaiyyətə və idman camiəsinə rəsmi açıqlama verməlidir. Şəffaflıq və hesabatlılıq həm idmanın, həm də idmançıların nüfuzunun qorunması üçün vacibdir".

    Mingəçevirin "Kür" komandasından ayrılmış həndbolçu bu klub kimi digərlərinin də yaşamalı olduğunu bildirib: "Nazirlikdə calishan Elnur müəllimə bir sualım var: bütün diqqətinizi və maliyyəni Mingəçevir şəhərinə yönəltmək nə dərəcədə doğrudur? "Kür" klubuna böyük maliyyə ayrılır, bəs bu qərarlar şəxsi yanaşmalara əsaslanmır ki?

    Bəs ölkənin müxtəlif bölgələrində məşğul olan 300-dən çox həndbolçunun taleyi necə olacaq? Onların inkişafı, məşqləri və gələcəyi üçün hansı plan nəzərdə tutulub? Bu sualların ictimaiyyət qarşısında açıq və əsaslandırılmış şəkildə cavablandırılması vacibdir".

    Həndbol

    "Aprel ayından maaş almırıq" – Həndbol millimizin üzvü

    21.07.2026 10:21:00
    Top oyunları

    "Hazırkı vəziyyət Azərbaycan həndbolu üçün çox ağırdır" – Vadim Skrebtsov

    21.07.2026 10:08:46
    Top oyunları

    "Nazirliyin qarşısında toplaşmağımızın məqsədi etirazımızı bildirməkdir" – Həndbol millimizin baş məşqçisi

    21.07.2026 10:03:04
    Top oyunları

    "Bu insanların rəhbər təyin edilməsi nə dərəcədə düzgün idi?" – Millimizin üzvündən sərt fikirlər

    6.07.2026 08:07:07
    Top oyunları

    "Həndbol yoxdur, dağılıb" – İsgəndər Əsgərov keçmiş rəhbərləri "yıxdı, sürüdü"

    3.07.2026 18:40:31
    Top oyunları

    Həndbolçular "qiyam"a başladı: Saleh Məmmədov pul ayırmaqdan imtina edib

    30.04.2026 15:30:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Yorğun olsam da, yorğun deyiləm" - Marko Yankoviç

    6.10.2026 13:16:54

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved