Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - "Neftçi" bəyanat yaydı
    20.04.2026 21:03:46

    "Neftçi" klubu bəyanat yayıb.

    Prosport.Az xəbər verir ki, bəyanatda komandanın Azərbaycan Premyer Liqasının XXVIII turunda "Zirə" ilə keçirilmiş matçın bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində hakim səhvləri ilə üzləşdiyi diqqətə çatdırılıb:

    "90+4-cü dəqiqədə "Zirə"nin qolu qaydaların kobud şəkildə pozulması ilə vurulub, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundankənar vəziyyətdə olmasına və "Neftçi"nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etməyib.

    Bu səhv mövsümün həlledici mərhələsində "Neftçi"nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbindən meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərilib".

    Bəyanatda bildirilib ki, aprelin 20-də AFFA-nın inzibati binasında "Neftçi"nin Müşahidə Şurasının sədri, klubun baş icraçı direktoru və digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb: "Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin "Neftçi"yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

    Klub nümayəndələri "Zirə" – "Neftçi" oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

    Hakimlər Komitəsinin "Zirə" – "Neftçi" oyununun hakimlərinin kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir. Bir daha bu mövsüm "Neftçi"nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

    "Neftçi" olaraq aşağıdakıları bəyan edirik:

    1. "Neftçi"yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;

    2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim futbol klubu olan "Neftçi" olaraq sona qədər mübarizə aparacağıq;

    3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük "Neftçi" camiəsinin - azarkeşlərin arxamızda olması yetərlidir;

    4. Bütün çətinliklərə rəğmən, "Neftçi" Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq" - deyə bəyanatda vurğulanıb.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved