Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qəbələ" təhlükəli komandadır" - Valdas Dambrauskasın 7:1 şərhi
    10.03.2026 22:17:25

    Azərbaycan Premyer Liqasının XXIII turunun “Sabah” – “Qəbələ” oyunundan (7:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Komandamı təbrik edirəm. Meydançada çox yaxşı, düzgün reaksiyalar verdilər. Rəqib haqda xoş sözlər demək istəyirəm. “Qəbələ” təhlükəli komandadır. Ola bilsin, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı oynadıq. Qollar vurduq, fasilədən sonra da bunu davam etdirdik. Oyunboyu üstün olduq. Bu oyunu unuduruq və 3 gün sonra “İmişli” ilə oyunumuz var.

    – “Qəbələ”yə qarşı kubok oyununda çətinlik çəkmişdiniz. Bu gün nə dəyişdi? Asanlıqla qalib gəldiniz, istədiyiniz qolları vura bildiniz…
    – Bu gün həqiqətən, çox üstün oynadıq. Təzyiq edən, ilk dəqiqələrdən hücuma qoşulan komanda idik. Çempionatla kubok oyunları fərqlidir. Çünki kubokda iki mərhələli matçlardır. Orda nə baş verir versin, iki mərhələ var. İlk oyundan sonra növbətini düşünürsən ki, növbəti raunda necə yüksələk. “Qəbələ” kimi komandaya qarşı bir ayda 4 dəfə oynamaq asan deyil. Kubokda mərhələ adladıq, çempionatda istədiyimiz xalları qazandıq.

    – Mikelsin əvəzlənməsi zədə ilə bağlı idi?
    – Zədəsi ilə bağlı idi. Tam hazır deyil. Hər oyunda çalışır ki, maksimumu etsin. Onun töhfəsi qiymətsizdir. 2 qol vurdu, 2 məhsuldar ötürmə etdi. 2 ay yarımdır, 90 dəqiqə oynamır. Ona fürsət veririk ki, oynasın. Son matçlarda fərqlənməsi möhtəşəmdir.

    – Andrey Santosun oyunundan nə dərəcə razı qaldınız?
    – Qısa müddət oynadı. 10 dəqiqədə oyunundan razı qalıb-qalmamaq çətindir. Hər məşqdə istəkli olduğunu göstərir. Rəqabətədavamlı, fiziki cəhətdən güclü oyunçudur. Lakin onun Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var. Vaxtını gözləməlidir. Bizim üçün hər oyunçu dəyərlidir və qarşıda oyunlarımız çoxdur. Hər futbolçunun bizə töhfə verməsini istəyirik. Gələcəkdə “11-lik”də də ola bilər.

    – Mikels və Xəyal formadadır. Qışda komandaya cəlb olunan Mbina da var. Ağlınızda olan əsas hücumçu kimdir?
    – Mənimçün favorit oyunçu oyun günü meydana çıxandır. Qarşıda çox oyunlar var. Bizim üçün hər futbolçu önəmlidir. Xəyaldan da, Mikelsdən də məmnunam. Xəyal milliyə namizəd oyunçudur. Sağlamlığı ilə bağlı problemi var idi və risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina isə bu həftə komanda ilə məşqlərə başlayıb. Bir məşqçi kimi belə geniş seçimin olması xoşdur.

    – AFFA “Qarabağ”la oyunda baş verənlərlə bağlı yenidən qərar verəcək. Köməkçiniz böyük ehtimalla cəzalanacaq. İlk qərarda onun cəzalanmaması sizi təəccübləndirdi?
    – Bütün şərhləri vermişik. Cəzadan əvvəl nəsə danışmaq istəmirəm. Bir həftə əvvəl baş verib, sonra oyunlar keçirilib. Məncə, məsələ biz və “Qarabağ” üçün artıq bağlanıb. Ola bilər, jurnalistlər üçün bu məsələ bağlanmayıb. Bu sizin öz seçiminizdir.

    – “Qarabağ”la son oyunda yaşananlar komandalar arasındakı növbəti matçlara necə təsir edəcək?
    – “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq.

    Futbol

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58
    Futbol

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02
    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved