Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki Rəşad Sadıqovun yetirmələri Türkiyənin I divizion klubu "Kocaelispor"la qarşılaşıb.
"Fenerbahçe Topuk Yaylası"nın meydançasında təşkil olunan görüşdə qol səsi eşidilməyib. Xatırladaq ki, Rəşad Sadıqov 2008/09 mövsümündə "Kocaelispor"da futbol oynayıb.
Qeyd edək ki, "Zirə" daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin "Fatih Karagümrük" komandası ilə qolsuz, Tanzaniyanın "Simba" klubu ilə isə 1:1 hesablı heç-heçə edib.

