UEFA Avropa Konfrans Liqasının "Qəbələ" – "Omoniya" (Kipr) oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Prosport.Az xəbər verir ki, "Qəbələ" Mərakeş əsilli belçikalı yarımmüdafiəçisi Əyyub Allaşın 4-cü dəqiqədə vurduğu qolla erkən hesabı açıb.
Məhsuldar ötürməni Ülvi İsgəndərov edib. Daha sonra cərimə zərbəsindən rəqibin ukraynalı futbolçusu Roman Bezus dubl edib (45+1, 50-ci dəqiqə).
Bununla belə, Allaş 62-ci dəqiqədə dubl edərək hesabı bərabərləşdirib. Ömər Ruhani qolun məhsuldar ötürməsini verib.
Lakin 83-cü dəqiqədə Bezus penalti qolu ilə komandasına qələbə qazandırıb.
19:38
Qəbələdə eyniadlı komanda ilə Kipr "Omoniya"sı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün heyətlər müəyyənləşib.
Prosport.Az-ın bölgəyə ezam olunmuş əməkdaşı xəbəri verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Ürfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Ömər Ruhani, 14. Ülvi İsgəndərov, 72. Osama Kalayla
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabianu, 3. Adam Metyus, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyus, 31. Yoannis Kusulos, 8. Moretu Kasama, 10. Loyzos Loyzu, 90. Roman Bezus, 7. Vili Semedu, 18. Kərim Ənsarifard
Baş məşqçi: Sofronis Avqusti
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

