Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Omoniya" fanatlarının "Neftçi"yə azarkeşlik edəcəyini bildirdi" – Tahir Süleymanov
    27.07.2023 18:07:52

    Bu gün "Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Omoniya" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, "Neftçi"ninin sabiq vitse-prezidenti Tahir Süleymanov sözügedən qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

    Futbol mütəxəssisisin "Facebook" səhifəsi üzərindən paylaşdığı həmin yazını təqdim edirik:

    "Qəbələ"nin rəqibi "Omoniya" Kiprin ən titullu klublarından biridir, 20-dən çox ölkə çempionluğu var. Klubun yaranma tarixi siyasi çalarlara söykənir. "Düşmənlər derbisi" adlandırılan əzəli rəqibi APOEL-dir. Təsadüfi deyil...

    İkinci dünya savaşından sonra Yunastanda baş verən siyasi hadisələr APOEL-i idarə edənlərdən də yan keçməyib. Kommunizm ideyası tərəfdarları klubdan ayrılaraq 1948-ci ildə "Omoniya"nı yaradıb və tək futbolda yox, siyasi rəqiblərə çevriliblər.

    İllər öncə APOEL-lə oyun günü hava çox isti idi. Günorta saatlarında futbolçularımız istirahət edir, tarixi görüşə hazırlaşırdılar. Vaxt keçmir, daxili həyəcan, məsuliyyət hər dəqiqə artırdı.

    Psixoloji yüklənməmək üçün şəhərin mərkəzinə çıxdıq, "sərhəd"dən türk tərəfə keçdik...

    Geri dönərkən, restoranların birinin qarşısında orta yaşlı yerlilərdən biri bizə yaxınlaşdı. "Xoş gəlmisiniz"dən sonra yeməyə dəvət etdi. Təşəkkür etdikcə israrından əl çəkmirdi. Bəlli oldu ki, həm restoranın sahibidir, həm də "Omoniya" fan-klublarının birinin rəhbəri...

    Səmimi münasibət-təklifə qarşılıq olaraq, razılaşdıq. Bizə təklif edilən və stola gətirilən, qədəhlərə süzülən spirtli içkilərdən imtina etdik. Bunu görən ev sahibi, "Neftçi"nin sağlığına hamısını içdi, uğurlar arzuladı və axşam bütün "Omoniya" fanatlarının APOEL-ə deyil, "Neftçi"yə azarkeşlik edəcəyini bildirdi.

    "Qəbələ"nin maliyyə imkanları zəifləsə, heyət dəyişsə də, artıq təcrübəli komandadır, avrokuboklarda klub, Azərbaycan futbolu adına tarixi uğurlar qazanıb. Bu ruhla oyuna çıxılmalı, rəqibdən çəkinməməli, inam, mübarizlik, qələbə istəyi üst səviyyədə olmalıdır...

    Stadionda, tribunalarda, ekran qarşısında "Qəbələ"yə azarkeşliklə yanaşı, Nikosiyada APOEL tərəfdarları da komandamızın uğurunu,  "Omoniya"nın məğlubiyyətin arzulayacaq, cavab görüşündə də eyni mənzərə yaşanacaq.

    Azərbaycan klub futbolu adına hər qələbə/heç-heçə, mərhələ keçidi UEFA əmsallar cədvəlində reytinq xalları deməkdir. Bu amil, növbəti mövsümlərdə avrokuboklarda çıxış edəcək bütün klublarımıza öz təsirini göstərir. 

    Biz kiprlilər kimi düşünməməliyik, bir-birilərinə qarşı edilən "düşmən"çiliyi etməməliyik. Avropada hər bir klubumuza dəstək olaraq ölkə futbolu adına daha da irəli getməyi istəməliyik!

    "Qəbələ"yə ilk qarşılaşmada qələbə arzusu ilə..."

    Qeyd edək ki, "Qəbələ" - "Omoniya" matçı 20:00-da start götürəcək. 

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved