"Borussiya Dortmund"un kapitanı dəyişib.
Prosport.Az xəbər verir ki, komandanın yeni kapitanı Emre Can təyin olunub. Məlumatı Bundesliqa klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, bir müddət öncə Marko Rays kapitanlıq sarğısından imtina etmişdi.
Almaniya millisinin üzvü olan Emre "Borussiya"ya 2020-ci ildə "Yuventus"dan keçib. 66 oyunda meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 8 qola imza atıb.

