Əsas və əvəzedici komanda ilə yanaşı, aşağı yaş qrupu üzrə heyətlərin formalaşmasına da diqqət yetirən “Araz-Naxçıvan”da U-19 və U-17-nin baş məşqçiləri müəyyənləşib.
Prosport.Az klubun saytına istinadən xəbər verir ki, Xəyal Mustafayev 19, Ruslan Əmircanov isə 17 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunub.
Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

