"Borusiya"nın (Münxenqladbax) futbolçusu Ştefan Laynerə xərçəng diaqnozu qoyulub.
Prosport.Az xəbər verir ki, limfa xərçəngi olan 30 yaşlı müdafiəçi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Həkimlər xəstəliyin ilkin mərhələdə olduğunu qeyd edib.
Müalicə bitdikdən sonra Laynerin peşəkar futbola qayıda bilməsi üçün yaxşı şansı var.
Qeyd edək ki, avstriyalı futbolçu 2019-ci ildən "Borusiya"da oynayır.

