Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsi oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, İsveç təmsilçisi ilk matç çərçivəsində "Lütsern"i (İsveçrə) qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Yurqorden"in UEFA-ya təqdim olunan 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-ü keçiriləcək.

