Mövsüm sonunda "PSJ" ilə müqaviləsi bitən Serxio Ramos" karyerasını MLS-də davam etdirə bilər.
Prosport.Az Diario Sport-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubuna keçməyin bir addımlığındadır.
Qeyd edək ki bir həftə öncə Serxio Ramosun sabiq klubu "Sevilya"ya qayıdacağı gözləsilsə də Andalusiya təmsilçisi futbolçunun komandadan yüksək maaş tələb etməsi səbəbi ilə bu keçiddən imtina etmişdi.

