"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev zədələnib.
Prosport.Az xəbər verir ki, cinah müdafiəçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən Polşa "Rakuf"u ilə ilk oyunda sıradan çıxıb. Əzələsi dartlan 22 yaşlı müdafiəçi 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.
Onun durumu tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.
Xatırladaq ki, "Qarabağ"ın digər cinah müdafiəçisi Marko Veşoviç də zədəlidir. O, ən azı 3-4 həftə meydana çıxa bilməyəcək.

