“Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.
Prosport.Az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Eddi İsrafilov Bosniya və Herseqovinada “Jelezniçar”a qarşı səfərdə keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında bildirib.
31 yaşlı yarımmüdafiəçi çətin sınağa çıxacaqlarını etiraf edib: “Bizi çox ağır oyun gözləyir. Buna baxmayaraq, öz hədəfimiz var və bunun üçün mübarizə aparacağıq”.

