Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər" – Qurban Qurbanov
    27.07.2023 01:50:54

    "Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Polşanın "Rakuf" klubuna 2:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    – Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi. Meydanda 2 yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma 2-ci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. "Rakuf"un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım.

    – Əvvəllər Şahruddin Məhəmmədəliyevin səhvlərini pley-offda, qrup oyunlarında görürdük. Bu dəfə səhvlər tez başladı. Müsahibələrinizdə demisiniz ki, bütün mövqelərə oyunçu axtarırıq. Qapıçı axtarışı da gedir?
    – Həmişə Şahruddin və ya başqa futbolçular barədə sual verməyə tələsirsiniz. Bu, futboldur. Futbolda elə hallar olur ki, qaçılmazdır. Kənardan bəlkə bir az fərqli görünür. Amma epizoda yaxın olsanız, tam fərqli fikirdə olarsınız. Çünki top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Bacardığımız qədər yerli-yerində transferlər etməyə çalışırıq. Bu gün futbolçuların hər birindən razıyam. Bura çəkinmədən, müdafiədə oturmadan oyun göstərməyə gəldik. Futbolçularım bunu bacardılar. Transferlər istənilən an ola bilər. Hansı mövqeyə olacağını əvvəlcədən deyə bilmərəm.

    – Bugünkü məğlubiyyət fərdi səhvlərə bağlıdır, yoxsa ümumi oyun planında rəqib "Qarabağ"ı üstələdi?
    – Fərdi səhvlər yox, bir az diqqətsizlik ola bilər. Rəqibin bütün hücumlarını demək olar ki, bilirdik. Elə ilk qol fərdi, texniki səhvdən buraxıldı. Təkcə bir oyunçu yox, ümumən düzülüşdə gecikdilər. Deməzdim ki, rəqib bu gün bizi üstələdi. Bəlkə də siz kənardan fərqli görürsünüz. Oyuna yenə baxacağam. İlk hissəyə də baxsaq, xeyli qol epizodlarımız oldu. 2-ci hissədə 10-15 dəqiqə dinamikanı qoruyub-saxlaya bilmədik. Sonra get-gedə daha fəal olmağa başladıq. Futbolçuların oyununa görə deyə bilmərəm ki, rəqib bizi üstələdi. 3-cü qol fərdi ustalıqlarına görə oldu. Belə qollar nadir hallarda olur. Bəlkə də ədalətli nəticə bərabərlik idi. Buraxılan 3-cü qol bizə daha çox məsuliyyət verəcək.

    – Uzun müddətdir ki, "Qarabağ"ın baş məşqçisisiniz. "Rakuf" digər Polşa komandalarından fərqlənir?
    – Oyun üslubunda "Rakuf" bizə qarşı oynamış digər Polşa komandalarından bir az fərqlidir. Bu komanda daha dinamik oynayır. Öz fəlsəfələrini çox ağıllı və düzgün yerinə yetirirlər. Oyun intizamını sona kimi qoruya bildilər. 

    – "Rakuf"un futbolçuları sizin oyunçulardan nə ilə fərqlənir?
    – Belə bir hesabat verməyə ehtiyac yoxdur. Bu, futboldur. Bu gün futbol elə səviyyəyə gəlib ki, nəinki Polşa, Azərbaycan, bizim zəif düşündüyümüz ölkələrin komandaları da istənilən rəqibə qarşı düzgün oyun qura, mübarizə apara, hətta qalib gələ bilir. Bakıda olanda da bildirmişdim ki, "Rakuf"a simpatiyam çoxdur. Onların oyun üslubunu çox bəyənirəm. Neçə illərdir ki, bu üslubda davam edirlər. Bu komandaya ancaq uğurlar arzulayıram.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved