"Yurqorden"in futbolçusu Musa Qurbanlı İsveçdə İsveçrə "Lutsern"inə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa start heyətində çıxa bilər.
Prosport.Az xəbər verir ki, bu barədə Stokholm təmsilçisinin baş məşqçisi Tomas Laqerlöf yerli mətbuata açıqlama verib.
O bildirib ki, komanda ilə məşq edən bütün futbolçular ilk "11-lik"də yer almağa hazırdır.
Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

