UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində, iyulun 27-də saat 23:00-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı "Qrbavitsa" stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.
Prosport.Az xəbər verir ki, öncə jurnalistlər önünə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiç çıxacaq. Saat 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə saat 21:30-da "Qrbavitsa" stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq

