Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "RFŞ-nin baş məşqçisi mənim müəllimim olub" – Millimizin sabiq futbolçusu
    26.07.2023 14:01:12

    "Bu oyuna canlı baxacağam. Dostlarımla birgə Azərbaycan bayrağı götürüb gedib azarkeşlik edəcəyəm".

    Bunu Prosport.Az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əsgərov deyib.

    "Sumqayıt", "Araz-Naxçıvan" və "Zirə"nin sabiq futbolçusu Latviyada yaşadığından, "Sabah"ın UEFA Avropa Konfrans Liqasındakı rəqibi RFŞ-ni yaxşı tanıdığını bildirib: "Püşkatma zamanı "Sabah"ın olacağını görəndə bu komandaların qarşılaşacağını gözləyirdim. Maraqlı oyun olmalıdır. Hər 2 komanda güclüdür. Müqayisədə "Sabah" cütün favoritidir".

    Vüqar Əsgərov RFŞ-nin Riqadakı stadionunun 740 tamaşaçı tutumuna malik olduğunu və UEFA standardlarına cavab vermədiyi üçün Yurmala şəhərində oynadıqlarını bildirib:

    "Oyun Yurmalada təbii örtüklü meydançada keçiriləcək. Süni örtüklü meydançada olsaydı, "Sabah" üçün çətin olardı". 

    38 yaşlı sabiq hücumçu RFŞ-nin güclü tərəflərini izah edib. O bildirib ki, 42 yaşlı Viktor Moroz ağıllı məşqçidir və hər an "Sabah"a süpriz edə bilər: "İstəyirəm ki, maraqlı oyun olsun, Azərbaycandakı cavab oyununa intriqa qalsın. RFŞ-də hücum, müdafiənin cinahları güclüdür, standard vəziyyətlərdə təhlükəlidirlər. Baş məşqçiləri Viktor Moroz artıq 4 ildir ki, burada işləyir. O, mən "Dauqavpil"də oynayan vaxt baş məşqçi işləyib. I divizionda onunla çempion olmuşuq. İndi RFŞ-də oynayan Fil Dişi Sahilindən olan hücumçu Sedrik Kuadio ilə birgə orda çox qol vurduq. Kuadio 30, mən 31 dəfə fərqlənmişdim. Çox qol vurmağımda Morozun rolu çoxdur. Daha sonra onunla elitada birgə işləmişəm. Həmin vaxt 2 dəfə ayın ən yaxşı futbolçusu seçilmişəm.

    Daha sonra 2019-cu ildə Moroz "Dauqavpil"dən RFŞ-yə keçdi. Əvvəl köməkçi məşqçi oldu, 2020-ci ildən baş məşqçidir. Moroz güclü, ağıllı məşqçidir, taktiki cəhətdən "Sabah"a sürpriz edə bilər. Amma yenə deyirəm ki, "Sabah" bu oyunda favoritdir. Onların legionerləri RFŞ-dəkindən daha güclüdür. Bununla belə, meydanda pul elə də rol oynamır. Kim taktiki cəhətdən güclü oynayacaqsa, o da qalib gələcək".

    Qeyd edək ki, RFŞ – "Sabah" oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    Səbuhi Musa

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved