Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabahı hansı şəhərdə açacağını əvvəldən bilmirsən" – Kuzmanoviç
    26.07.2023 12:48:45

    “Hər şey yenidir: fərqli ölkəyə gəlmişəm, yeni, heç vaxt olmadığım şəhərdə yaşayıram. Ancaq bunların heç biri problem yaradacaq məqamlar deyil. Zatən idmançının həyat tərzi belədir. Sabahı hansı şəhərdə açacağını əvvəlcədən bilmirsən. Həqiqətən də burada olduğuma görə xoşbəxtəm".

    Prosport.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Miço Kuzmanoviç deyib.

    Yeni mövsümə hazırlığını Qəbələdə davam etdirən “Araz-Naxçıvan” gündəliklə məşqlərdə həm fiziki, həm də taktiki çalışmalara yer verir. Eyni zamanda, heyətin formalaşdırılması üçün transfer çalışmaları da davam etdirilir. Bir neçə gün əvvəl heyətə qatılan və komandanın toplanışında iştirak edən sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviç arazpfk.com-a açıqlama verib:

    "Bilirəm, yeni komanda qurulur. Şadam ki, mən də yenilərin sırasındayam. Komandaya yaxşı oyunçular dəvət olunub. Hər biri lazımi məqamda kömək edə biləcək gücdədir. Sadəcə, tam formaya düşmək, bir-birimizi anlamaq, başa düşmək üçün müəyyən zamana ehtiyacımız var. Hər keçən gün daha yaxşı vəziyyətə gəldiyimizi düşünürəm.

    Məşqlərimiz ağır keçir, yükləmələr olur. Bu da normaldır. İndi tər tökməliyik ki, çempionat oyunları zamanı bəhrəsini görək. Hələ ki 100 faiz hazır olduğumuzu deyə bilmərəm, amma maksimumu edirik ki, baş məşqçinin istədiyi səviyyəyə çataq. Yeni mövsümdə vuracağım qollarla sözümü deməyi, etimadı doğrultmağı düşünürəm".

    Bosniyalı futbolçu 2 həmyerlisi – qapıçı Semir Bukviç və müdafiəçi Numan Kurdiçin də Naxçıvan təmsilçisində oynamasının onun üçün üstünlüyündən danışıb: "Məndən başqa daha 2 həmyerlim “Araz-Naxçıvan”dadır. Komandamızda həmyerlilərimin çox olmasının xüsusi bir üstünlük yaradacağını düşünmürəm, amma ünsiyyət qurmaq, meydanda anlaşmaq, adaptasiya olmaq baxımından köməyi dəyir”.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved